10.11.2022

Direktorların işə qəbulu

Noyabrın 10-dan etibarən şagird sayı 500-dək və direktor vəzifəsi vakant olan ümumi təhsil müəssisələrinə işə qəbul prosesi ilə bağlı sənəd qəbuluna başlanılacaq.

Namizədlər üçün tələblər:

- pedaqoji ixtisas üzrə ali təhsil;

- 5 ildən az olmayaraq pedaqoji staj;

- hazırda ümumi təhsil müəssisəsində pedaqoji fəaliyyət göstərmə.

Üstünlük veriləcək namizədlər:

- Müəllimlərin işə qəbulu, diaqnostik qiymətləndirilmə və ya sertifikatlaşdırma imtahanında yüksək nəticə əldə etmiş şəxslər;

- 2022-ci il üzrə keçirilən direktorların işə qəbulu (Nazirlik və RTİ-lər tərəfindən təşkil edilən) üzrə müsabiqənin test imtahanı mərhələsində keçid balı toplamış namizədlər.

Müsabiqədə iştirak üçün tələb olunan sənədlər:

- şəxsiyyət vəsiqəsinin surəti;

- əmək kitabçasının surəti;

- ali təhsil haqqında sənədin və əlavəsinin surəti;

- kadrlar uçotunun şəxsi vərəqəsi;

- tərcümeyi-hal.

Müsabiqədə iştirak etmək istəyən namizədlər tələb olunan sənədləri 10-14 noyabr tarixlərində Qazax-Tovuz Regional Təhsil İdarəsinə təqdim etməlidirlər.

Şagird sayı 150-dək olan məktəblər üzrə müraciət edən namizədlərlə müsahibə, şagird sayı 151-500 arası olan məktəblər üçün müraciət edən namizədlərlə əvvəlcə test imtahanı, uğur qazanan namizədlərlə müsahibə təşkil ediləcəkdir.

2022-ci ildə keçirilmiş direktor vəzifəsinə işə qəbul (Nazirlik və RTİ-lər tərəfindən təşkil edilən) üzrə müsabiqənin test imtahanı mərhələsində uğur qazanmış namizədlər cari müsabiqədə test imtahanından azad olunur, birbaşa müsahibə mərhələsinə dəvət olunurlar.

Müsahibə zamanı namizədlər aşağıdakı meyarlara əsasən qiymətləndiriləcəkdir:

- vəzifə üzrə nəzəri biliklər;

- idarəetmə bacarıqları;

- şəxsi keyfiyyətlər.

Müsahibə zamanı namizədlər hər meyar üzrə 5 ballıq şkala əsasında qiymətləndirilir. Keçid balı 3-dür.

Aşağıdakı link vasitəsilə vakant yerlərlə tanış ola bilərsiniz.

https://drive.google.com/.../1N2ESi8k.../view...

 


Açar sözlər: ,