07.11.2022

Zəfər gününə həsr olunmuş intellektual yarış keçirilib

Ağstafa rayonu ümumi təhsil müəssisələri arasında 8 noyabr - Zəfər gününə həsr olunmuş intellektual yarış keçirilib.

Yarışın keçirilməsində məqsəd zəfər tariximizi şagirdlərə təbliğ etmək, şagirdlərin intellektual səviyyəsini, dünyagörüşünü artırmaq, zehni inkişafını gücləndirmək, eləcə də asudə vaxtlarını səmərəli təşkil etməkdən ibarətdir.

Yarışın nəticələrinə əsasən texniki-humanitar təmayüllü liseyin komandası I yerə, Ağstafa şəhər 3 nömrəli tam orta məktəbin komandası II yerə, Muğanlı kənd tam orta məktəbin komandası III yerə layiq görülüb.