05.11.2022

8 noyabr-Zəfər Günü ilə əlaqədar silsilə tədbirlər təşkil edilib

Qazax-Tovuz Regional Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində 8 noyabr-Zəfər Günü ilə əlaqədar silsilə tədbirlər təşkil edilib.

Tədbirlərdə canlarını ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda qurban vermiş şəhidlərimizin müqəddəs ruhları bir dəqiqəlik sükutla yad edilib, Azərbaycanın tarixinə qızıl hərflərlə yazılmış Zəfər Günü barədə şagirdlərə ətraflı məlumat verilib. 

Tədbirlərdə çıxış edən qonaqlar Qarabağın incisi Şuşanın noyabrın 8-də 30 illik əsarətdən qurtarması və  xalqımızın döyüş əzminin, qüdrətinin təntənəsinə çevrilən bu misilsiz qələbəsinin Prezident İlham Əliyevin sərəncamı ilə qürurla qeyd edilməsinin tariximizin ən parlaq səhifələrindən biri olduğunu nəzərə çatdırıblar.

Tədbirlər şagirdlərin ifasında şeirlər, mahnılar və ədəbi-bədii kompozisiyalarla davam edib.


Açar sözlər: ,  ,