04.11.2022

 Ağstafa rayon məktəbliləri arasında inşa yazı müsabiqəsi keçirilib

8 noyabr - Zəfər Günü ilə əlaqədar Ağstafa rayon məktəbliləri arasında inşa yazı müsabiqəsi keçirilib.

İnşa müsabiqəsinin keçirilməsində məqsəd xalqımızın qəhrəmanlıq ruhunun təntənəsinə çevrilmiş “Zəfər Günü”nün əhəmiyyətinin ölkənin ümumi təhsil müəssisələrində təbliğini gücləndirmək, istedadlı şagirdləri aşkara çıxartmaqdır.

Müsabiqənin nəticələrinə əsasən Kolxəlifəli kənd tam orta məktəbin şagirdi Hacızadə Nazlı İlqar qızı I yerə, Həsənsu kənd tam orta məktəbin şagirdi İsmayılova Nuray İlqar qızı II yerə, Dağkəsəmən kənd 2 nömrəli tam orta məktəbin şagirdi Məmmədəlili Şəhanə Azad qızı III yerə layiq görülüb.


Açar sözlər: ,