03.11.2022

Şəmkir rayon məktəbliləri arasında inşa yazı müsabiqəsi keçirilib

 

8 noyabr - Zəfər Günü ilə əlaqədar Şəmkir rayon məktəbliləri arasında inşa yazı müsabiqəsi keçirilib.

İnşa müsabiqəsinin keçirilməsində məqsəd xalqımızın qəhrəmanlıq ruhunun təntənəsinə çevrilmiş “Zəfər Günü”nün əhəmiyyətinin ölkənin ümumi təhsil müəssisələrində təbliğini gücləndirmək, istedadlı şagirdləri aşkara çıxartmaqdır.

Müsabiqənin nəticələrinə əsasən Qasımallar kənd tam orta məktəbin 11-ci sinif şagirdi Ələsgərova Aysu Xaliq qızı I yerə, Kür qəsəbə H.Z.Tağıyev adına tam orta məktəbin 11-ci sinif şagirdi Həşimova Könül Nofəl qızı II yerə, M.Füzuli adına təbiət və humanitar fənlər təmayüllü tam orta məktəb- iseyin 11-ci sinif şagirdi Abbaslı Səadət Elçin qızı III yerə layiq görülüb.


Açar sözlər: ,