03.11.2022

“Zəfərin mübarək Azərbaycan” adlı şeir müsabiqəsi təşkil edilib

8 noyabr - Zəfər Günü ilə əlaqədar Ağstafa rayon ümumi təhsil müəssisələrinin 7-9-cu sinif şagirdləri arasında “Zəfərin mübarək Azərbaycan” adlı şeir müsabiqəsi təşkil edilib.

Müsabiqənin təşkil edilməsində məqsəd Vətən müharibəsində torpaqlarımız uğrunda canından keçmiş şəhidlərimizin qəhrəmanlıq yolu ilə yaxından tanış olmaq və olanların əziz xatirəsini daim anmaq, qazanılan zəfəri bütün Türk dünyasının qələbəsi olduğunu geniş ictimaiyyətə çatdırmaq, gələcəyimiz olan şagirdlərin vətənpərvər ruhda formalaşdırılması işinə təkan vermək, xüsusi istedada malik olan uşaqları aşkar etməkdən ibarətdir.

Ağstafa rayon ümumi təhsil müəssisələrindən 36 şagirdin iştirak etdiyi müsabiqədə  Dağ Kəsəmən kənd 1 nömrəli tam orta məktəbin şagirdi Ayan Budaqova I yerə, Aşağı Göycəli kənd tam orta məktəbin şagirdi Aysu Bağırova II yerə, Xılxına kənd tam orta məktəbin şagirdi Ulduz Əsədzadə III yerə layiq görülüblər.

Qalib şagirdlər diplomlarla təltif olunublar.


Açar sözlər: ,  ,