Noyabrın 2-də Ağstafa rayonu üzrə təhsil sektoru, Ağstafa Rayon Polis Şöbəsi, Ağstafa Rayon Prokurorluğu, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağstafa Rayon Şöbəsi və Ağstafa Rayon Gənclər və İdman İdarəsi təşkilatçılığı ilə “Sağlam həyat naminə narkomaniyaya yox deyək” adlı tədbir keçirilib.
Tədbirdə rayon ictimaiyyətindən nümayəndələr, məktəbin müəllimləri və şagirdlər iştirak ediblər.
Çıxış edənlər narkotik vasitələrin cəmiyyət üçün yaratdığı problemlərdən, onun fəsadları barədə geniş məlumat veriblər. Həmçinin narkomaniyaya qarşı mübarizədə yalnız dövlətin deyil, eləcə də cəmiyyətin hər bir üzvünün fəal rol oynamasının vacibliyini bildirərək, ölkəmizdə narkomanlığa qarşı ciddi mübarizənin aparıldığını, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb olunması istiqamətində uğurlu tədbirlərin həyata keçirildiyini nəzərə çatdırıb və gənclərin bu bəladan uzaq olmalarını, təhsilə, idmana daha çox maraq göstərmələrini tövsiyə edib.
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.