Noyabrın 2-də Qazax Tovuz Regional Təhsil İdarəsi tərəfindən Gəncə Regional Dövlət Yanğın Nəzarəti İdarəsi ilə birgə yanğın təhlükəsizliyi mövzusunda tədbir keçirilib. Tədbirdə Regional Təhsil İdarəsinin tabeliyində olan rayonların ümumi və məktəbəqədər təhsil müəssisələrinin rəhbərləri iştirak ediblər.
Görüş zamanı təhsil müəssisələrində yanğın təhlükəsizliyi qaydaları barədə ətraflı məlumat verilib və mövzu ətrafında fikir mübadiləsi aparılıb.
Tədbirin sonunda iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb.