Oktyabrın 29-da Ağstafa rayonu üzrə təhsil sektorunun dəstəyi, Ağstafa Rayon Gənclər və İdman İdarəsinin təçkilatçılığı ilə 8 noyabr “Zəfər Günü”nə həsr olunan "Vətənin Müdafiəsinə Hazıram" poliatlon çoxnövçülük yarışının Ağstafa rayon birinciliyi keçirilib.
Yarışın keçirilməsində məqsəd yeniyetmə və gənclərin hərbi vətənpərvərlik tərbiyəsinin yüksəltmək, onların hərbi xidmətə hazırlıq səviyyəsini artırmaqdır.
Yarışda rayonun 34 məktəbinin komandaları mübarizə aparıblar. Yarışın nəticələrinə əsasən Ağstafa şəhər 2 nömrəli tam orta məktəbin komandası I yerə, Eynallı kənd tam orta məktəbin komandası II yerə, Ağstafa şəhər 1 nömrəli tam orta məktəbin komandası III yerə layiq görülüb.
Qalib komandalar diplom və hədiyyələrlə təltif olunublar.