31.10.2022

“Düzgün ixtisası necə seçməli” adlı təlim keçirilib

Oktyabrın 29-da Şəmkir rayonunda təhsil alan yuxarı sinif şagirdləri ilə Bakı Mühəndislər Universitetinin əməkdaşları arasında görüş keçirilib. Görüşdə Şəmkir rayonu üzrə təhsil sektorunun əməkdaşları, müəllimlər və yuxarı sinif şagirdləri iştirak ediblər.

Görüşdə Bakı Mühəndislər Universitetinin Elmi işlər üzrə prorektoru Elçin Süleymanov tərəfindən “Düzgün ixtisası necə seçməli” adlı təlim keçirilib. Təlimdə gələcəkdə aktual olan ixtisaslardan, peşə təhsilinin həyatımızdakı faydalarından danışıldı.

Təlim diskussiya şəklində davam edib. Sonda şagirdləri maraqlandıran suallar cavablandırılıb.


Açar sözlər: ,