25.10.2022

Qubadlı rayonunun işğaldan azad edilməsinin ikinci ilinə həsr olunan tədbirlər keçirilib

Oktyabrın 25-də Qazax-Tovuz Regional Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində Qubadlı rayonunun işğaldan azad edilməsinin ikinci ilinə həsr olunan tədbirlər keçirilib.

Tədbirlər Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Çıxış edənlər Qubadlı rayonu haqqdında tədbir iştirakçılarına məlumatlar veriblər. Bildiriblər ki, Qubadlının işğaldan azad edilməsi böyük qələbənin növbəti carçısı, şanlı ordumuzun Laçın dəhlizinə gedən yolunun açılması idi ki, bu da düşmənin döyüş bölgəsinə gələn bütün yollarının bağlanması demək idi. 

Tədbirlərin sonunda şagirdlər vətənə, torpağa aid şeirlər səsləndirib, kompozisiyalar nümayiş etdiriblər.


Açar sözlər: ,