Oktyabrın 24-də Təhsil Tələbə Krediti Fondu (TTKF) nümayəndələri ilə Şəmkir və Gədəbəy rayon ümumtəhsil məktəblərinin direktorlarının iştirakı ilə görüş keçirilib.
Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbirdə Təhsil Tələbə Krediti Fondunun idarə heyyətinin sədr müavini Bəhruz Əzimov fond barədə ətraflı məlumat verib. Daha sonra TTKF-nun əməkdaşı Ağamusa İsazadə təqdimatla çıxış edib. O, fondun yaradılması, fəaliyyəti, fond tərəfindən bu günədək görülən işlər barədə ətraflı məlumat verib.
Tədbirdə Şəmkir və Gədəbəy rayonlarında çalışan məktəb direktorları, direktor müavinləri, müəllimlər və buraxılış sinif şagirdlərinin valideynləri iştirak ediblər.
Fondun əməkdaşlarının təhsil tələbə kreditləri haqqında təqdimatından sonra məsul şəxslərin və tələbələrin sualları cavablandırılıb.