21.10.2022

“Erkən nikaha yox deyək!” adlı maarifləndirici tədbir təşkil edilib

Oktyabrın 20-də Tovuz rayon Bozalqanlı kənd Y.Sadıqov adına tam orta məktəbdə “Erkən nikaha yox deyək!” adlı maarifləndirici tədbir təşkil edilib.

Tədbir Tovuz Rayon İcra Hakimiyyətinin və Tovuz rayonu üzrə təhsil sektorunun  birgə təşkilatçılığı ilə keçirilib.

Tədbirdə rayon ictimaiyyətindən nümayəndələr, məktəbin müəllimləri, yuxarı sinif şagirdləri iştirak ediblər.Tədbir məktəblərdə erkən nikah və qızların təhsildən yayınma hallarının aradan qaldırılması məqsədilə təşkil edilib.

Görüşdə çıxış edənlər bildiriblər ki, təhsilli bir cəmiyyətə sahib olmaq üçün ən vacib amil qızların təhsilə cəlb olunmasıdır. Eyni zamanda qızların təhsildən uzaqlaşmasına səbəb olan erkən nikahlar, sosial-iqtisadi səbəblər və digər bu kimi meyillərin qarşısının alınması məqsədilə valideynlər arasında intensiv maarifləndirmə işlərinin aparılmasının da vacibliyini qeyd ediblər.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.


Açar sözlər: ,