Oktyabrın 20-də Qazax-Tovuz Regional Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində Zəngilan rayonunun işğaldan azad edilməsinin ikinci ilinə həsr olunan tədbirlər keçirilib.
Tədbirlər Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Çıxış edənlər Azərbaycan Ordusunun 2020-ci il sentyabrın 27-də başladığı əks-hücum əməliyyatı nəticəsində Zəngilan şəhəri 2020-ci il oktyabrın 20-də, döyüşlərin 24-cü günü erməni işğalından azad edilibdiyini bildiriblər. Həmçinin, Zəngilanın 30 ilə yaxın müddətdə işğal altında olan əraziləri məhz bu gün, 20 oktyabr tarixində Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi, qətiyyəti, uzaqgörənliyi, eləcə də Azərbaycan Ordusunun şücaəti, əzmi sayəsində, xalqımızın həmrəyliyi ilə düşmən tapdağından azad edildiyi vurğulayıblar.
Tədbirlərin sonunda şagirdlər vətənə, torpağa aid şeirlər səsləndirib, kompozisiyalar nümayiş etdiriblər.