Oktyabrın 17-də Qazax-Tovuz Regional Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində Füzuli rayonunun işğaldan azad edilməsinin ikinci ilinə həsr olunan tədbirlər keçirilib.
Tədbirlər Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Çıxış edənlər Füzuli rayonu haqqında tədbir iştirakçılarına məlumat veriblər. Füzulinin azad edilməsi hərbçilərimizin böyük peşəkarlığı, məharəti və fədakarlığı sayəsində mümkün oldu.
Tədbirlərin sonunda şagirdlər vətənə, torpağa aid şeirlər səsləndirib, kompozisiyalar nümayiş etdiriblər.