15.10.2022

"Erkən nikaha yox deyək" mövzusunda maarifləndirici tədbir keçirilib

           

Oktyabrın 15-də Ağstafa rayonu üzrə təhsil sektorunun, Ağstafa Rayon İcra Hakimiyyətinin, Ağstafa rayon prokurorluğunun və Ağstafa rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə "Erkən nikaha yox deyək" mövzusunda Həsənsu kənd tam orta məktəbində maarifləndirici tədbir keçirilib.

Tədbirdə rayon ictimaiyyətindən nümayəndələr, məktəbin müəllimləri, yuxarı sinif şagirdləri iştirak ediblər.

Tədbirdə çıxış edənlər müasir dövrümüzün ən aktual problemlərindən biri olan “erkən nikahın” qızlarda yaratdığı fiziki və psixoloji fəsadlarla yanaşı, təhsildən yayınma və digər hüquqpozuntuları barədə, həmçinin sağlam gənclik naminə keçirilən bugünkü tədbirin böyük əhəmiyyətindən və dünyada olduğu kimi ölkəmizdə də doğurduğu fəsadlara və cəmiyyətə vurduğu ziyana görə erkən nikah məsələsi dövrümüzün mühüm və aktual problemlərindən biri olduğunu bildiriblər.

Çıxışların ardından erkən nikah və onun törətdiyi fəsadlardan bəhs edən “Erkən nikaha yox deyək” videoçarx nümayiş olunub. Tədbir mövzunun diskussiya forması ilə yekunlaşıb.


Açar sözlər: ,