12.10.2022

Beynəlxalq Qızlar Gününə həsr olunmuş Hakaton yarışmasının açılış mərasimi keçirilib

Oktyabrın 11-də Bakı Avropa Liseyində Beynəlxalq Qızlar Gününə həsr olunmuş Hakaton yarışmasının açılış mərasimi keçirilib.

Respublika turunda regionu Tovuz şəhər A.S.Puşkin adına tam orta məktəbin şagirdləri Zeynalova Fatimə və Əliyeva Rüqəyya, Tovuz rayon Qazqulu kənd tam orta məktəbinin şagirdləri Abbasova Fidan və Həsənova Ayşən, Tovuz şəhər N.Tusi adına  məktəb-liseyin şagirdləri  Abbasova Nərmin və Əhmədova İlayda təmsil ediblər.

Yarışma "Qızların STEAM və rəqəmsal bacarıqlar sahəsində karyera seçiminə dəstək" layihəsi çərçivəsində təşkil olunub.

Qeyd edək ki, UNICEF-in Azərbaycandakı Nümayəndəliyi Unicef Azerbaijan, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Azərbaycan Respublikasının Təhsil İnstitutu və STEAM Azerbaijan əməkdaşlığı çərçivəsində Azərbaycanın 5 bölgəsində STEAM layihəsi həyata keçirərək qız şagirdlərin STEAM təhsili və rəqəmsal bacarıqlarının inkişaf etdirilməsi və bu istiqamətdə peşələrə yönəlməsi üçün əlverişli mühitin yaradılmasını hədəfləyir.


Açar sözlər: ,  ,