Oktyabrın 11-də İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (İƏİT) Təhsil və bacarıqlar üzrə direktoru, PISA-nın (Şagird Nailiyyətlərinin Beynəlxalq Qiymətləndirilməsi Proqramı) yaradıcısı dünya şöhrətli Andreas Şleyxerin "Dünya standartları: XXI əsrin təhsil sistemini necə qurmalı" kitabı əsasında təlim təşkil edilib.
Təlimdə məktəb direktorları iştirak ediblər.
Müzakirələrdə aktiv iştirak edən məktəb direktorlarına kitab hədiyyə edilib.
Qeyd edək ki, Kitab Elm və Təhsil Nazirliyinin dəstəyi ilə T-Network təhsil işçilərinin təcrübə və kommunikasiya platforması tərəfindən Azərbaycan dilində çap olunub.