04.10.2022

“Təhsildə inkişaf və innovasiyalar üzrə VI qrant” müsabiqəsin qalibləri ilə görüş təşkil edilib

Oktyabrın 4-də Şəmkir rayonu üzrə “Təhsildə inkişaf və innovasiyalar üzrə VI qrant” müsabiqəsin qalibləri ilə görüş təşkil edilib. Görüşdə Qazax-Tovuz Regional Təhsil İdarəsinin əməkdaşları, Şəmkir rayonu üzrə təhsil sektorunun əməkdaşları, məktəb direktorları və media nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edən Şəmkir rayonu üzrə təhsil sektorunun müdiri Qüdrət Əliyev bildirib ki, təhsil işçiləri müasir çağırışlara hazır olmalı, ölkənin inkişafında, onun modernləşdirilməsində yaxından iştirak etməlidirlər. Çıxışının sonunda müsabiqənin əhəmiyyəti və vacibliyi barədə danışan sektor müdiri layihələri yüksək dəyərləndirərək qalibləri təbrik edib, onlara uğurlar arzulayıb.

Daha sonra qaliblər öz layihələrini təqdim ediblər.

Qeyd edək ki, “Təhsildə inkişaf və innovasiyalar üzrə VI qrant” müsabiqəsində Şəmkir rayonu üzrə 7 layihə qalib olub.