04.10.2022

Gənc müəllimlərlə görüşlər təşkil edilib

Qazax-Tovuz Regional Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrinə qəbul olan gənc müəllimlərlə görüşlər təşkil edilib.

Görüşlərdə çıxış edən sektor müdirləri yeni işə qəbul olan gənc müəllimləri təbrik edərək onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıblar. Gənclər siyasətinin dövlətin əsas prioritetlərindən biri olduğunu, bu istiqamətdə ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən çoxsaylı sərəncamlar imzalandığını, layihələr həyata keçirildiyini bildiriblər. Həmçinin bildiriblər ki, son illər müəllimlərin stimullaşdırılması, peşəkarlığının artırılması və müəllim nüfuzunun yüksəldilməsi istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir.

Məlumat üçün bildirirk ki, Qazax-Tovuz Regional Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisəsinə bu il 254 nəfər müəllim qəbul olub.


Açar sözlər: ,