30.09.2022

İcma əsaslı məktəbəqədər təhsil qruplarında çalışan müəllimlərin təlimləri yekunlaşıb

Sentyabrın 30-da İcma əsaslı məktəbəqədər təhsil qruplarında çalışan müəllimlərin təlimləri yekunlaşıb.

Elm və Təhsil Nazirliyi tərəfindən Tovuz rayonunda çalışan "İcma əsaslı məktəbəqədər təhsilin inkişafı üçün tərbiyəçi müəllimlərə STEAM müəllimləri və Sağlam Təhsili Sağlam Millət müəllimləri üçün MS Office proqramları video resurların hazırlanması, avadanlıqlardan istifadə üzrə təlim xidmətləri " keçirilib. Tovuz rayon Bozalqanlı kənd Y.Sadıqov adına məktəbin STEAM mərkəzində təşkil edilən təlim təlimçi Günel Hacıyeva tərəfindən keçirilib və 9 gün davam edib.