29.09.2022

Vətən müharibəsi qaziləri ilə görüş təşkil edilib

Sentyabrın 29-da Ağstafa rayon Aşağı Göycəli kənd Ə.Həmidoğlu adına tam orta məktəbdə Vətən müharibəsi qaziləri ilə görüş təşkil edilib. Tədbirdə məktəbin müəllim və şagirdləri, həmin məktəbi bitirən qazilər iştirak ediblər.

Görüşdə 44 gün davam edən Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusunun Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə tarixi qələbə qazanmasından, zəfərlə sona çatan Vətən müharibəsində ölkəmizin igid oğullarının qəhrəmanlıqlarından söhbət açıblar.

Sonra qazilər öz döyüş təsüratlarını tədbir iştirakçıları ilə bölüşüblər.

Tədbirin sonunda şagirdlər şeirlər səsləndirib, mahnılar ifa ediblər.


Açar sözlər: ,