Sentyabrın 25-də Qazax-Tovuz Regional Təhsil İdarəsinin tabeliyində olan ümumi təhsil məktəblərinin şagirdləri “Əlaçı” televiziya layihəsinin seçim turunda iştirak ediblər. Seçim turu Şəmkir şəhər Fərman Salmanov adına tam orta məktəbin inzibati binasında keçirilib.
Seçim turunda Qazax, Ağstafa, Tovuz, Şəmkir və Gədəbəy rayonlarından 126 nəfər şagird iştirak edib.
Müsabiqənin yekunlarına görə, ən yüksək nəticə göstərən şagirdlər “Əlaçı” televiziya layihəsinin XV mövsümünün çəkilişlərində iştirak edəcək.