Sentyabrın 15-də Qazax-Tovuz Regional Təhsil İdarəsinə tabe olan ümumtəhsil müəssisələrində ilk dərs günü ilə bağlı tədbirlər keçirilib.
Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlayan tədbirlərdə Vətən uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirlərdə müəssisə rəhbərləri çıxış edərək yeni tədris ilində qarşıya qoyulan məqsədlərdən və təhsil sahəsində aparılan islahatlardan söz açıblar.
Bildirilib ki, ümumi təhsil müəssisələrində ilk dərslərin “Qarabağ Azərbaycandır!” mövzusuna həsr olunub.
Qeyd edək ki, yeni tədris ilində Qazax-Tovuz RTİ-nin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində ümumilikdə 85 895-dən çox şagird təhsil alacaq.