14.09.2022

STEAM mərkəzlərində təlimlər təşkil edilib

Elm və Təhsil Nazirliyinin Təhsil İnstitutu tərəfindən Şəmkir və Tovuz rayonlarında yerləşən STEAM mərkəzlərində təlimlər təşkil edilib. Beş gün davam edən təlimlərdə dərslər steam təlimçisi Günel Hacıyeva tərəfindən keçirilib. Təlimlərə 22 nəfər müəllim cəlb edilib.

Təhsil İnstitutu tərəfindən müəllimlərin müvafiq bilik və bacarıqları yoxlandıqdan sonra onlara sertifikatlar təqdim ediləcək.


Açar sözlər: ,