Sentyabrın 13-də Qazax-Tovuz Regional Təhsil İdarəsinin müdiri Arslan Hacıyev Gədəbəy və Şəmkir rayonlarında təhsil işçiləri ilə görüşüb.
Görüşdə Gədəbəy və Şəmkir rayonu üzrə təhsil sektorunun əməkdaşları, məktəb və məktəbəqədər təhsil müəssisələrinin direktorları iştirak ediblər.
Görüşlərdə Arslan Hacıyev çıxış edərək təhsil işçilərini yeni tədris ili münasibətilə təbrik edib, gələcək fəaliyyətlərində uğurlar arzu edib.
Daha sonra Qazax-Tovuz RTİ-nin müdir müavini Nizaməddin Babanlı çıxış edərək təhsillə bağlı fikirlərini bölüşüb.
Sonda direktorları maraqlandıran suallar cavablandırılıb.