Sentyabrın 12-də Qazax-Tovuz Regional Təhsil İdarəsinin müdiri Arslan Hacıyev Qazax, Ağstafa və Tovuz rayonlarında təhsil işçiləri ilə görüşüb.
Görüşdə Qazax, Ağstafa və Tovuz rayonu üzrə təhsil sektorunun əməkdaşları, məktəb və məktəbəqədər təhsil müəssisələrinin direktorları iştirak ediblər.
Görüşlərdə Arslan Hacıyev çıxış edərək təhsil işçilərini yeni tədris ili münasibətilə təbrik edib, gələcək fəaliyyətlərində uğurlar arzu edib.
Daha sonra Qazax-Tovuz RTİ-nin müdir müavini Nizaməddin Babanlı çıxış edərək təhsillə bağlı fikirlərini bölüşüb.
Sonda direktorları maraqlandıran suallar cavablandırılıb.