29.08.2022

Xüsusi nümunəli attestat və qızıl medala layiq görülən məzunlarla görüş keçirilib

Avqustun 29-da Qazax-Tovuz Regional Təhsil İdarəsində xüsusi nümunəli attestat və qızıl medala layiq görülən məzunlarla görüş keçirilib.

Təhsil İdarəsinin müdiri Arslan Hacıyev məzunlara yeni təhsil həyatlarında uğurlar arzu edib.

Qeyd edək ki, Şəmkir rayonu B.Rüstəmov adına Dəllər-Cəyir kənd tam orta məktəbinin şagirdi Selcan Əhmədzadə və Gədəbəy rayonu Çanaqçı kənd tam orta məktəbinin şagirdi Şəbnəm Həsənova xüsusi nümunəli attestat və qızıl medala layiq görülüblər.


Açar sözlər: ,