24.08.2022

Qazax-Tovuz Regional Təhsil İdarəsində vətəndaş qəbulu keçirilib

Avqustun 24-də Qazax-Tovuz Regional Təhsil İdarəsinin müdiri Arslan Hacıyev vətəndaşları qəbul edib.

Vətəndaşların etdikləri müraciət, şikayət və təkliflər qeydiyyata alınıb. Onların bir qismi yerindəcə həllini tapıb, digər məsələlərin həlli istiqamətində isə müvafiq göstərişlər verilib.

Qeyd edək ki, vətəndaş qəbulunun keçirilməsində əsas məqsəd vətəndaş məmnunluğunu təmin etmək, vətəndaşları maraqlandıran məsələlərə operativ reaksiya vermək, təhsilin keyfiyyətini yaxşılaşdırmaq, məktəblərdə sağlam və şəffaf mühit formalaşdırmaqdır.


Açar sözlər: