10.08.2022

Direktorların işə qəbulu müsabiqəsinin müsahibə mərhələsi başa çatıb

Şagird sayı 500-dək olan ümumi təhsil müəssisələrinə direktorların işə qəbulu müsabiqəsinin müsahibə mərhələsi başa çatıb.

İşə qəbul üzrə müsabiqənin test imtahanı mərhələsinin nəticələrinə əsasən, keçid balını toplamış 7 namizəd, həmçinin ötən il direktorların işə qəbulu üzrə test imtahanlarında müvafiq keçid balı toplamış, lakin müsahibəyə dəvət olunmamış 94 nəfər müsahibəyə dəvət olunub.

Müsahibədə ümumilikdə 101 nəfər iştirak edib.

Müsahibə nəticələri barədə məlumatlar namizədlərin qeydiyyatdan keçdikləri mobil nömrələrinə göndəriləcək.

Müsabiqənin müsahibə mərhələsindən uğurla keçən namizədlər müvafiq vəzifə üzrə təyinat alacaq.

Qeyd edək ki, müsahibə zamanı namizədlərin vəzifə üzrə nəzəri bilikləri, idarəetmə bacarıqları və şəxsi keyfiyyətləri nəzərə alınıb. Namizədlər hər meyar üzrə 5 ballıq şkala əsasında qiymətləndirilib.


Açar sözlər: ,