"İxtisas Bələdçisi” adlı maarifləndirmə seminarı Qazax, Ağstafa, Tovuz, Şəmkir və Gədəbəy rayonunda təşkil edilib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Mərkəzi Karyera filialının təşkilatçılığı, Azərbaycan Gənc Müəllimlər Assosiasiyası və Gənclərin İnkişaf və Karyera Mərkəzinin dəstəyi ilə Qazax-Tovuz Regional Təhsil İdarəsinin tabeliyində olan ümumi təhsil məktəblərinin IX-XI sinif şagirdlərinin iştirakı ilə “İxtisas Bələdçisi” adlı maarifləndirmə seminarları keçirilir.
Seminarlarda iştirakçılara karyera məsləhətçiləri tərəfindən, ixtisas seçiminin aparılması meyarları, düzgün kodlaşdırma qaydaları, prosesin psixoloji aspektləri, əsas ixtisaslar və onların gələcək perspektivləri haqqında məlumatlar verilir.
Layihənin əsas məqsədi iştirakçıları müasir əmək bazarının tələbləri barədə məlumatlandırmaq, abituriyentlərin düzgün ixtisas seçimi etmələrinə dəstək verməkdir.