01.08.2022

“Azərbaycan – Türkiyə müəllimlərinin Yay Məktəbi” başa çatıb

“Azərbaycan – Türkiyə müəllimlərinin Yay Məktəbi” başa çatıb.

Azərbaycan Gənc Müəllimlər Assosiasiyası və Bursa Azərbaycan Həmrəylik və İnnovasiya Dərnəyinin birgə təşkilatçılığı, Bursa Şəhər Milli Təhsil İdarəsi, Bursa Böyükşəhər Bələdiyyəsi və "Birlik" Vəqfi Bursa şöbəsinin təşkilatı dəstəyi ilə 23-30 iyul tarixlərində Türkiyənin Bursa şəhərində Azərbaycandan 30, Türkiyədən 15 müəllimin iştirakı ilə “Türkiyə-Azərbaycan Müəllimlərinin Yay Məktəbi” layihəsi həyata keçirilib. Müəllimlər layihə müddətində bir çox maraqlı, öyrədici təlimlər keçiblər. "Təhsil sisteminin informasiyalaşdırılması", "Müəllimin inkişaf xəritəsi", "İstedadlı uşaqları kəşf etmək", "Ağıl və zəka oyunlarının dərsə inteqrasiyası", "Sinfin idarəolunması", "Məktəb mühiti və təşkilati mədəniyyət" və s. təlimlər müəllimlərin gələcək fəaliyyətinə müsbət təsir edəcəkdir. 21-ci əsr bacarıqlarına sahib, yeni çağırışlara cavab verən gənc müəllim üçün bu təlimlərin əhəmiyyəti yüksəkdir.

Layihədə Şəmkir rayon Cəlil Bayramov adına Qaracəmirli kənd tam orta məktəbin direktoru Xəyal Nəsibov, Qasımallar kənd tam orta məktəbin Biologiya müəllimi Ülkər Süleymanova da iştirak edərək regionumuzu layiqincə təmsil edib. Sonda Layihə iştirakçıları Sertifkatla təltif olunublar.


Açar sözlər: ,