30.07.2022

Direktorların işə qəbulu müsabiqəsinin müsahibə mərhələsinə start verilib

İyulun 30-da şagird sayı 150-dək olan ümumi təhsil müəssisələrinə direktorların işə qəbulu müsabiqəsinin müsahibə mərhələsinə start verilmişdir.

Qeyd edək ki, müsahibə mərhələsində namizədlərin peşə üzrə nəzəri bilikləri, idarəetmə bacarıqları, dünyagörüşü və şəxsi keyfiyyətləri qiymətləndirilir.

Məlumat üçün bildiririk ki, şagird sayı 150-dək olan ümumi təhsil müəssisələrinə direktorların işə qəbulu müsabiqəsinin müsahibə mərhələsinə 30 namizəd sənəd təqdim edib.

Müsahibə mərhələsinin yekununda namizədlərin cavabları sms göndəriləcək.


Açar sözlər: ,