30.07.2022

Məktəbli idman keçirilən U-17 dünya çempionatında 3-cü yerə layiq görülüb

Şəmkir rayon Uşaq-Gənclər İdman-Şahmat məktəbinin yetirməsi Mərdanov Məzaim Seymur oğlu İtaliyanın paytaxtı Romada keçirilən U-17 dünya çempionatında 3-cü yerə layiq görülmüşdür.

Yunan-Roma güləşi üzrə mübarizənin 1/8 final mərhələsində Qırğızıstan güləşçisinə, 1/4 final mərhələsində isə Avstriya güləşçisinə qalib gələrək yarımfinala yüksələn Məzaim Mərdanov yarımfinalda Türkiyə güləşçisinə məğlub olsa da, 3-cü yer uğrunda mübarizədə Gürcüstan güləşçisi Davit Mqeladzeyə qalib gələrək bürünc medala layiq görülmüşdür.


Açar sözlər: