29.07.2022

Müsahibə mərhələsinə start verilir

Şagird sayı 150-dək olan ümumi təhsil müəssisələrinə Direktorların İşə Qəbulu Müsabiqəsinin müsahibə mərhələsinə 30 iyul 2022-ci il, saat 09:30-dan başlayaraq start veriləcəkdir.

Müsahibə Qazax-Tovuz Regional Təhsil İdarəsində (Ünvan: Şəmkir şəhəri, Nizami küçəsi 71) müvafiq komissiya tərəfindən aparılacaqdır.

Müsahibəyə dəvət olunan namizədlərə müsahibənin tarixi və başlanma saatı barədə məlumat 28 iyul 2022-ci il tarixindən başlayaraq mərhələli şəkildə SMS vasitəsilə mobil nömrələrinə göndərilmişdir.


Açar sözlər: