Təhsildə inkişaf və innovasiyalar üzrə VI qrant müsabiqəsində Qazax-Tovuz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil məktəbləri üzrə "Ümumi təhsil müəssisələri" kateqoriyasında 5, "Fərdi layihələr" kateqoriyasında isə 16 layihə olmaqla 21 layihə qalib olub.
Qeyd edək ki, Təhsil Nazirliyi tərəfindən həyata keçirilən təhsildə inkişaf və innovasiyalar üzrə qrant müsabiqələrinin keçirilməsinin əsas məqsədi təhsil müəssisələri, eləcə də təhsilverənlər arasında sağlam rəqabəti və innovativ fəaliyyəti stimullaşdırmaqdan ibarətdir.