Qazax-Tovuz Regional Təhsil İdarəsinin əməkdaşlarının iştirakı ilə Şəmkir Heydər Əliyev Mərkəzində "Vətəndaş müraciətləri və vətəndaş məmnunluğu" mövzusunda görüş keçirilib.
Görüşdə Təhsil Nazirliyinin rəsmiləri Altun Rəcəbli, Həmid Qasımov və QTRTİ-nin əməkdaşları iştirak ediblər.
Görüş müddətində vətəndaş müraciətlərinin data əsaslı qeydiyyatı və analitik təhlili, müraciətlərin araşdırılması, vətəndaşların qəbula dəvəti, sosial şəbəkələrdə vətəndaş məmnunluğunun təmin edilməsi və maarifləndirilməsi istiqamətində tədbirlər planının hazırlanması, QTRTİ-nə tabe sektorlarda vətəndaş məmnunluğu işinin təşkili istiqamətində görülən işlərin genişləndirilməsi, proseslərin avtomatlaşdırılması ilə çevik kommunikasiyanın təşkili və vətəndaş qəbulu prosesinin təkmilləşdirilməsi məsələləri müzakirə edilib.
Sonda Təhsil Nazirliyinin rəsmiləri tərəfindən idarə əməkdaşlarının qeyd olunan məsələlərlə bağlı sualları cavablandırılıb.