16.07.2022

Qazax-Tovuz Regional Təhsil İdarəsinin əhatə etdiyi rayonlar üzrə məktəblilər arasında şahmat yarışı keçirilib

    Qazax-Tovuz Regional Təhsil İdarəsinin dəstəyi, Şəmkir UGİŞM-in təşkilatçılığı ilə Şəmkir şəhər Şahmat məktəbində şahmat yarışı keçirilib.
    Yarışda Qazax, Ağstafa, Tovuz, Şəmkir və Gədəbəy rayonlarını təmsil edən komandalar birincilik uğrunda mübarizə aparıblar. Yarışın sonunda Qazax UGİŞM-in komandası l, Şəmkir UGİŞM-in komandası ll, Tovuz UGİŞM-in komandası lll yerə layiq görülüblər. Qalib komandalar   Diplom və Fəxri Fərmanla təltif olunublar.