İyulun 15-də Qazax-Tovuz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən şagird sayı 151-dən 500 nəfərədək olan ümumi təhsil müəssisələrində vakant direktor vəzifəsinə işə qəbul üzrə müsabiqənin test imtahanı mərhələsi keçirilib.
İmtahanda Qazax, Ağstafa, Tovuz, Şəmkir və Gədəbəy rayonları üzrə ümumilikdə 86 nəfər namizəd iştirak edib.
Namizədlər 80 dəqiqə ərzində tənqidi oxu bacarığı üzrə 15, riyazi və məntiqi düşünmə üzrə 15, təhsil qanunvericiliyi üzrə 15 sual olmaqla 45 test tapşırığını cavablandırmağa çalışıblar.
Qeyd edək ki, suallar Təhsil Nazirliyi tərəfindən hazırlanıb. Cavablar yoxlanıldıqdan sonra namizədlərə sms göndəriləcək.