Azərbaycan müstəqillik əldə etdikdən sonra bir neçə beynəlxalq təşkilatlara üzv qəbul olunmasına və dövlətlərlə münasibətlər yaratmasına baxmayaraq həmin təşkilat və dövlətlərlə qarşılıqlı, bərbərhüquqlu əməkdaşlığın qurulmasında çətinliklər var idi. Lakin 1993-cü i il ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə xarici siyasətdə yeni dövrə qədəm qoyuldu. Azərbaycan regional və beynəlxalq aləmdə həyata keçirilən layihələrdə bərabərhüquqlu tərəfdaş olmağa başladı. Bu gün cənubi Qafqazın ən stabil və lider dövlətinə çevrilən Azərbaycanla əməkdaşlıq etməyə dünyanın bir çox inkişaf etmiş ölkələri can atır. Bu maraq təbii ki, aparılan uğurlu xarici siyasətin, sözü bütövlüyün, öhtəliklərinə məhsuliyyətli yanaşmanın və qarşılıqlı mənafelərin qorunmasında etibarlılığın göstəricisidir.
Heydər Əliyev siyasətinin davamçısı olan Ali Baş Komandan İlham Əliyev xarici siyasətdə əldə etdiyi uğurlar, atdığı ardıcıl və qətiyyətli addımlar özünü 44 günlük vətən müharibəsində bir daha sübut etdi. Dünyanın bir çox mətbu orqanlarına verdiyi çoxsaylı müsahibələrində göstərdiyi haqlı və qətiyyətli mövqe ilə bəyan etdi ki, Azərbaycan heç bir dövlətin daxili işlərinə qarışmır və heç bir dövlətin xalqımızın iradəsinin əksinə olaraq daxili işlərimizə qarışmaq haqqı yoxdur. Azərbaycan özünün haqlı bildiyi işini, doğru bildiyi mövqeyini heç kimin hərbi və digər maraqlarına qurban verməyəcək. Bu qətiyyətli mövqenin nəticəsində müzəffər ordumuz torpaqlarımızı həm işğaldan azad etdi, həm də bütün dünya dövlətimizin hərbi gücünü göstərdi. Eyni zamanda cənab Prezidentin dediyi kimi, dostunu və düşmənini daha yaxından tanıdıq. 44 günlük Vətən müharibəsində daim yanımızda olan, haqq səsimizə səs verən qardaş Türkiyə dövlətinə daim təşəkkür edən İlham Əliyev bundan sonra da münasibətlərimizin daha da güclənəcəyini və hər zaman iki qardaş dövlətin mövqeyinin bir olacağını qətiyyətlə bildirir.
Bu gün Azərbaycanın xarici siyasətində heç bir gizli məqam yoxdur. Ona görə ki, bu siyasət bizim milli maraqlara və xalqımızın iradəsinə əsaslanaraq ancaq əməkdaşlığın möhkəmləndirilməsi üçün nəzərdə tutulur.Beynəlxalq hüququn təməl prinsiplərimə hörmətlə yanaşır və həyata keçiririk.
Azərbaycanın bu gün bütün sahələrdə strateji baxışı və yanaşması mövcuddur. Aparılan balanslaşdırılmış xarici siyasət, iqtisadi, siyasi və təhlükəsizlik məsələlərində əldə edilmiş uğurlar ümumi plan çərçivəsində bundan sonrada inkişaf edəcək və yeni-yeni uğurların qazanılmasında təməl olacaqdır.
Şəmkir rayonu Cəlil Bayramov adına Qaracəmirli kənd tam orta məktəbin direktoru, Gəncə Dövlət Universitetinin (2013-2017-ci illər) “Vətən tarixi”üzrə Dissertantı Xəyal Nəsibov