05.11.2018

“Uşaq hüquqları aylığı” çərçivəsində tədbir keçirilib

Şəmkir rayon Qaranüy kənd tam orta məktəbində “Uşaq hüquqları aylığı” çərçivəsində Uşaq Hüquqları Konvensiyasının qəbul edilməsinin ildönümü münasibəti ilə məktəbin müəllim kollektivi və şagirdlərin iştirakı ilə dəyirmi masa keçirilib.

Tədbirin keçirilməsində əsas məqsəd məktəblilərə insan və uşaq hüquqları haqqında geniş məlumat vermək olub.

Aylıq çərçivəsində keçirilən tədbirlər məktəblərdə uşaq hüquqlarının təbliğinə, hüquq düşüncəsinin, hüquq mədəniyyətinin inkişaf etdirilməsinə, uşaq hüquqlarının müdafiəsinə və onların problemlərinin həllinə öz töhfəsini verəcək.

Sonda tədbirin gündəliyində duran mövzu ilə bağlı şagirdlərin ifasında şeirlər səsləndirilib.


Açar sözlər: ,