06.11.2018

"Bayraq Günü" bayramı qeyd olunub

Şəmkir Gənclər Mərkəzində "Bayraq Günü" bayramı qeyd olunub. Tədbir M.Füzuli adına şəhər tam orta məktəbin 4 b sinifinin şagirdləri ilə birlikdə sinfin müəllimi Təranə Mansurova tərəfindən təşkil edilib.

Tədbirin keçirilməsində əsas məqsəd şagirdlərimizə milli atributlarımızın təbliği və vətənpərvərlik hisslərinin aşılanmasıdır.

Tədbirdə valideynlər və pedaqoji kollektivlə yanaşı dəvət olunmuş qonaqlar da iştirak ediblər. Məktəblilər tədbirdə kompozisiyalar, vətənpərvərlik və bayrağa həsr edilmiş şeirlər, rəqs nömrələri , səhnəcik və mahnılarla çıxış ediblər.

Sonda məktəblilər bayrağımızın rəngləri əks olunmuş şarları havaya buraxıblar.


Açar sözlər: ,