25.10.2018

Düyərli kənd 2 saylı tam orta məktəbinin şagirdləri Azərxalça ASC-nin Şəmkir filialına ekskursiya təşkil ediblər

Oktyabrın 25-də Düyərli kənd 2 saylı tam orta məktəbinin şagirdləri Azərxalça ASC-nin Şəmkir filialına ekskursiya təşkil ediblər. Ekskursiyada məktəbin bir qrup qız şagirdləri iştirak ediblər.

Ekskursiyanın təşkil olunmasında məqsəd UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilmiş Azərbaycan xalçası haqqında məktəblilərə məlumat vermək, Azərbaycan xalçaçılıq sənətinin və peşə yönümlü sahələrin təbliğində şagirdlərin mədəni biliklərinin artırılmasına kömək etməkdir. Bununla yanaşı hazırda ölkə rəhbərliyinin xüsusi diqqət göstərdiyi xalçaçılıq sənəti üzrə gələcəkdə lazımı kadrların yetişdirilməsinə töhfə verə bilməkdir.

Ekskursiya zamanı məktəbli qızlar ilk olaraq emalatxanadakı şəraiti və iş prosesi ilə tanış olublar. Filialın direktoru Orxan Hümbətov qızlara mərkəzdə hazırlanmış xalçalar haqqında məlumat verərək onların ərsəyə gəlməsi prossesini izah edib. Məktəblilər əyani olaraq xalça toxumağın sirrlərini birbaşa xalçaçıların özlərindən öyrənib, onlarla birlikdə xalça toxuyublar.

Sonda məktəblilər Azərxalça ASC-nin əməkdaşları ilə xatirə şəkili çəkdirib.

Qeyd edək ki, bundan sonra da, məktəbli qızların xalça emalatxanasına mütəmadi olaraq ekskursiyalarının təşkil olunması nəzərdə tutulub.


Açar sözlər: ,  ,