29.10.2018

Asudə vaxtlarını səmərəli təşkil edən məktəblilər ekskursiya ediblər

Şəmkir rayon Əhməd Cavad adına tam orta məktəbinin 5b sinif şagirdləri Şəmkir Gənclər Mərkəzinə ekskursiya ediblər.

Ekskursiya məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Elnarə Mehdiyeva tərəfindən təşkil edilib.

Əvvəlcə məktəblilərə Mərkəz haqqında qısa məlumat verilib. Ardınca məktəblilər Mərkəzdə fəaliyyət göstərən kitabxanada olublar. Burada onlar maraqlı kitablar oxuyub, bir çox yerli və xarici ədəbiyyat nümunələri ilə tanış olublar.

Daha sonra məktəblilər Rəsm Qalareyasına baş çəkiblər. Qalareyada nümayiş olunan rəsm əsərləri və dekor işləri haqqında Qalareyanın rəhbəri Lilpar xanım uşaqlara məlumat verib.

Qalareyadan sonra şagirdlər Debat otağına gəliblər. Burada məktəblilərə Mərkəzdə fəaliyyət göstərən dərnəklər haqqında məlumat verilib.

Asudə vaxtın səmərəli təşkil olunması məqsədi ilə məktəblilərlə Şahmat otağında şahmat oynanılıb.

Sonda ekskursiya iştirakçıları ilə Şəmkir Gənclər Mərkəzinin qarşısında xatirə şəkili çəkilib.