01.10.2018

Şagirdlərarası Səmti Müəyyənetmə idmanı üzrə ilk çempionat baş tutub

Sentyabrın 29-da Şəmkir şəhər parkında Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə 2-ci qrant müsabiqəsində qalib olmuş “Axtaran tapar” adlı səmti müəyyənetmə idmanı üzrə şagirdlər arası yarış adlı layihə çərçivəsində çempionata start verilib.

Qeyd edək ki, Şəmkirin 20 məktəbinin 9-11-ci sinif şagirdlərini əhatə edən 100 nəfərin iştirak etdiyi çempionat gərgin mübarizə şəraitində baş tutub.

Komanda hesabı ilə keçirilən yarışda ilk yerə M. Əhmədov adına tam orta məktəb, 2-ci yerə Ə.Cavad adına tam orta məktəb və nəhayət 3-cü yerə isə N.Gəncəvi adına tam orta məktəb layiq görülüblər. İlk 3 yeri tutmuş məktəb komandaları diplom, qalib komanda isə kubokla mükafatlandırılıblar.


Açar sözlər: ,