20.09.2018

“İngilis dili müəllimlərin klubu” yay düşərgəsi layihəsi yekunlaşıb

Sentyabr 18-də Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə 2-ci qrant müsabiqəsi çərçivəsində qalib olmuş “İngilis dili müəllimlərin klubu” yay düşərgəsi layihəsi yekunlaşıb. Layihənin sonuncu günündə İngilisdili müəllimlərinin Şəmkirdə fəaliyyət göstərən Baku Oxford School-a səfəri təşkil edilib.

İnfo tur çəçivəsində məktəblə və ingilis dilində tədris metodları ilə tanış olan layihə iştirakçıları, daha sonra dərslər də iştirak ediblər.

Sonda İngilis dili müəllimləri Baku Oxford School in Shamkir-in rəhbərliyiilədəyirmi masa arxasında info tur və ümumilikdə layihə haqqında öz təəssüratlarını bölüşüblər. Bununla da layihəyə yekun vurulub.


Açar sözlər: ,  ,