Sentyabrın 15-də Şəmkir rayonu Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə 2-ci qrant müsabiqəsi çərçivəsində qalib olmuş “Axtaran tapar” adlı səmti müəyyənetmə idmanı üzrə şagirdlər arası yarış adlı layihənin təlimlərinə start verilib.
Azərbaycan Respublikası Səmti Müəyyənetmə idman Federasiyasının təlim-tədris işləri üzrə koordinatoru Şəhriyar İsmayılov öz açılış nitqi ilə təlim iştirakçılarını salamlayaraq Səmti müəyyənetmə idmanı haqqında və onun Azərbaycanda keçdiyi inkişaf tarixindən danışıb. Əlavə olaraq Şəmkir şəhər parkında təşkil ediləcək şagirdlər arası ilk Səmti Müəyyənetmə çempionatı haqqında geniş təlimatlandırma sessiyası təşkil edilib. Sessiya çərçivəsində yarışın qaydaları, təhlükəsizlik qaydaları və digər təlimatlar yarış iştirakçılarına çatdırılıb.
Qeyd edək ki, Səmti Müəyyənetmə yarışında Şəmkirin 20 məktəbini əhatə edən 100 nəfər şagird iştirak edəcək.İlk 3 yeri tutmuş məktəb komandalara mükafatlar təqdim olunacaq.