05.09.2018

Şəmkir rayon təhsil işçilərinin ənənəvi sentyabr konfransı keçirilib

Sentyabrın 5-də Şəmkir rayon təhsil işçilərinin ənənəvi sentyabr konfransı keçirilib.

Konfrans iştirakçıları hörmət və ehtiram əlaməti olaraq ilk öncə Mərkəzdə yerləşən Ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül-çiçək düzüb, xatirəsini ehtiramla yad etdilər.

Daha sonra Şəmkir Rayon Təhsil şöbəsinin müdiri Məcid Şıxlınski hesabat məruzəsi ilə çıxış edərək bildirib ki, rayonun pedaqoji işçilərinin bu ilki ənənəvi sentyabr konfransı Respublikamızın müstəqillik yolunda inamla addımladığı, təhsil islahatının uğurla həyata keçrildiyi, rayonumuzda abadlıq quruculuq işlərinin geniş vüsət aldığı bir dövrə təsadüf edir.

Respublikamızın hər yerində olduğu kimi Şəmkir rayonunda da təhsil islahatının həyata keçirilməsi, ümumtəhsil məktəblərinn maddi-texniki bazasının möhkəmləndirilməsi, şagirdlərin elmi biliklərə dərindən yiyələnməsi üçün normal şəraitinin yaradılması, tədris prossesinin təkmilləşdirilməsi sahəsində uğurlu nəticələr əldə edilib. Rayonda fəaliyyət göstərən ümumtəhsil məktəblərinin böyük əksəriyyəti müasir tədris avadanlıqları ilə ( şagird, müəllim masası, kitab şkafı, yazı lövhəsi və s.) təchiz edilib.

Əldə olunan uğurlardan danışan Məcid Şıxlınski bu sahədə olan bəzi nöqsanların da olduğunu bildirib.

Təhsil Nazirliyinin məsul işçisi Əhliyət Adıgözəlov çıxış edərək təhsil işçilərini yeni tədris ili münasibəti ilə təbrik edib, onlara çətin və şərəfli peşələrində uğurlar arzulayıb. Nazirlik əməkdaşı həlli vacib məsələlərlə bağlı fikirlərini bildirərək yeni dərs ilində təhsil ictimaiyyətinin qarşısında duran əsas vəzifələri nəzərə çatdıraraq qeyd edib ki, ölkəmizin təhsil sisteminin qarşısında duran əsas vəzifələrdən biri keyfiyyətli təhsil və yüksək ixtisaslı kadr hazırlığıdır. Ə.Adıgözəlov 2017-2018-ci dərs ilinin “Ümumi təhsildə keyfiyyət ili” elan edilməsinin bu vəzifənin uğurla həll olunmasında mühüm rol oynadığını vurğulayıb.

Tədbirdə çıxış edən Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov yeni dərs ilinin başlanılması münasibətilə bütün təhsil işçilərini təbrik edərək, konfransın işinə uğurlar arzulayıb.

Alimpaşa Məmmədov bildirib ki, son illər ölkə başçısı cənab İlham Əliyevin diqqət və qayğısı , həmçinin Heydər Əliyev Fondunun dəstəyi ilə təhsil sahəsində köklü islahatlar aparılır, milli təhsilimiz inkişaf etmiş ölkələrin təhsilinə inteqrasiyası istiqamətində mühüm addımlar atılır.”Biz maddi dəyərlərimizi, iqtisadi potensialımızı insan kapitalına çevirməliyik.Çünki insanın savadı, biliyi onun gələcək həyatını müəyyən edir, ölkənin hərtərəfli inkişafına xidmət edir”.

İcra başçısı kənd yerlərində fəaliyyət göstərən yerli icra strukturlarının rəhbərlərinə də tapşırıqlar verdi: “Rayonumuza təyinatla göndərilmiş gənc müəllim kadrların sosial- məişət şəraitinin yaxşılaşdırılmasında lazım olan köməkliyi göstərilməlidir”.

Şəmkir rayon müəllimlərinin sentyabr konfransında rayonun qabaqcıl müəllimləri, yüksək bal toplamış məzunları çıxış edərək yeni dərs ilinin başlanması münasibətilə rayon müəllimlərini təbrik edib, ölkəmizdə təhsil işçilərinə göstərilən yüksək diqqət və qayğıdan danışıblar.

Sonda isə konfrans iştirakçıları adından Prezident İlham Əliyevə ünvanlanan müraciətin mətni oxunub.


Açar sözlər: ,  ,