10.09.2018

“İngilis dili müəllimlərin klubu” yay düşərgəsi layihəsinin ilk təlimlərinə start verilib.

Sentyabr 8-də Şəmkir rayonunda Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə 2-ci qrant müsabiqəsi çərçivəsində qalib olmuş “İngilis dili müəllimlərin klubu” yay düşərgəsi adlı layihənin ilk təlimlərinə start verilib.

Açılış nitqləri ilə təlim iştirakçılarını salamlayan Rayon Təhsil Şöbəsinin müdir müavini Hafiz Pənahov və layihə rəhbəri Türkan Məmmədova layihənin Şəmkirdə fəaliyyət göstərən İngilis dili müəllimləri üçün önəmini vurğulayaraq layihə iştirakçılarına uğurlar arzu etdiblər.

Daha sonra Şəmkir Oxford School-dan təlimçi Mehbarə Məmmədova “Yaradıcı ünsiyyət fəaliyyətlərinin tədrisi” və “Pozitiv öyrənmə mühitinin yaradılması” təlim mövzularında çıxış edib.

Qeyd edək ki, yay düşərgəsində Şəmkir şəhərində fəaliyyət göstərən İngilis dili müəllimləri üçün həm qeyri formal üsulda təlimlərin, həm də gəzintilərin təşkili nəzərdə tutulub.