28.06.2018

"Nə? Harada? Nə zaman? intellektual oyunu üzrə I Şəmkir Çempionatı” Xanallar məktəbində

"Nə? Harada? Nə zaman? intellektual oyunu üzrə I Şəmkir Çempionatı” adlı layihə müsabiqəsi davam edir.

Layihə Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə II qrant müsabiqəsi çərçivəsində həyata keçirilir. Layihənin keçirilməsində əsas məqsəd şəhid soydaşlarımızın cəmiyyətdə tanıdılması, onların xatirələrinin hər zaman uca tutulmasına nail olmaq, onlar kimi gələcəkdə vətənə canı ilə bağlı olan şəxsiyyətlərin yetişmələrinə töhfə vermək, eyni zamanda gənclərin elmə, maarifləndirici yarışlara marağının artırılmasına nail olmaqdır.

İyunun 28-də növbəti yarış Xanallar kənd tam orta məktəbdə baş tutub. Yarışda 1 komandada 6 nəfər olmaqla 5 komanda iştirak edib. Qalib komanda turlar üzrə qazanılmış ümumi xallar əsasında müəyyən edilib. Gərgin mübarizə şəraitində keçən yarışmada birinci yeri “Alfa” komandası qazanıb.

Qeyd edək ki, layihə çərçivəsində Şəmkir rayonunda yerləşən 14 tam orta məktəbdə “Nə? Harada? Nə zaman?” adlı intellektual yarışmalar keçiriləcəkdir. “Zəka” Gənclərin İntellektual İnkişaf və Yaradıcılıq Mərkəzi və Azərbaycan İntellektual Oyunlar Klubu layihənin əsas tərəfdaşlarıdır.


Açar sözlər: ,